Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Ağstafada şagird məktəbli yoldaşına xəsarət yetirib, araşdırma aparılır

463
Paylaş:
Ağstafada şagird məktəbli yoldaşına xəsarət yetirib, araşdırma aparılır

Ağstafada şagird məktəbli yoldaşına xəsarət yetirib, araşdırma aparılır.

Hadisə Ağstafa rayonu Köçəsgər kənd Azər Ələkbərov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin 8-ci və 9-cu sinif şagirdləri arasında qeydə alınıb.

Hadisə zamanı şagirdlərdən biri xəsarət alıb.

Qazax-Tovuz Regional Təhsil İdarəsindən isə "Report"un sorğusuna cavab olaraq bildirilib ki, şagirdlər arasında dərsdən sonra idman meydançasında mübahisə yaranıb:

"Mübahisə zamanı şagirdlərdən biri digərinə xəsarət yetirib. Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib. Məktəblilərin valideynləri də təhsil müəssisəsinə dəvət edilib, onlarla görüş keçirilib".

Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Paylaş:

Ən son xəbərlər