Sabiq deputat Hüseynbala Mirələmovun qardaşı oğlunun törətdiyi cinayət işində adı keçən Paşa Paşayev axtarışa verilib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən xəbərə görə, Paşa Tofiq oğlu Paşayev qəsdən adam öldürməyə cəhddə təqsirli bilinir.
Hüseynbala Mirələmovun qardaşı oğlunun cinayət işinə görə o da axtarışa verildi
Qeyd edək ki, Paşa Paşayevin adı Hüseynbala Mirələmovun qardaşı oğlu Rəşad Mirələmovun cinayət işində keçir.
Rəşad Mirələmov 2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.