Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

“Kaspi Kids” bağçasında uşaqlara göstərilən şiddətlə bağlı araşdırma başlanıldı

480
Paylaş:
“Kaspi Kids” bağçasında uşaqlara göstərilən şiddətlə bağlı araşdırma başlanıldı

Lənkəranda yerləşən “Kaspi Kids” uşaq bağçasında uşaqlara göstərilən şiddətlə bağlı sosial şəbəkədə videolar yayılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun verdiyi məlumata görə, həmin məsələ ilə bağlı hazırda Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır.

"Tərəflərin ərizə və izahatları alınıb, azyaşlının məhkəmə tibbi ekspertizasından keçirilməsi təmin edilib. Qanunamüvafiq tədbirlərin görülməsi təmin olunur", - məlumatda deyilir.

Paylaş:

Ən son xəbərlər