Göygöl rayonunda qadın müəllimlər dalaşıblar.
Hadisə rayonun Qızılca kəndinə sərnişin daşıyan marşrut avtobusunda baş verib.
Qızılca kənd orta məktəbinin müəllimi işləyən Səbinə Quliyeva (soyad şərtidir) vəzifəsindən azad edilir. Hadisədən bir müddət sonra o, kənd marşrutunda keçmiş həmkarı Tacirə ilə rastlaşır və onu işdən çıxmasına Tacirənin səbəb olduğunu deyir. Avtobusda müəllimlər arasında mübahisə davaya çevrilir və onlar saçyolduya çıxırlar. Hadisə nəticəsində Səbinə Tacirəni saçından tutaraq avtobusda sürüyür.