Mayın 29-da Rusiyanın Novosibirsk şəhərinin Zaeltsovski Rayon Məhkəməsi rüşvət almaqda şübhəli bilinən Rusiya Milli Qvardiyasının Novosibirsk vilayəti üzrə qeyri-departament mühafizə idarəsinin rəisi Rövşən Qurbanov barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib. Bizim.Media xəbər verir ki, bu barədə Novosibirsk vilayəti üzrə Məhkəmə Departamenti məlumat yayıb.
Bildirilib ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 5-ci hissəsinin “b” və “c” bəndləri ilə təqsirləndirilən polis polkovniki Rövşən Qurbanovun barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaqın vəsatətinə baxılıb.