Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Qaradağda 20 kombayn yolda saxlanıldı- Sürücülər ac və susuz qalıb

2 617
Paylaş:
Qaradağda 20 kombayn yolda saxlanıldı-     Sürücülər ac və susuz qalıb

“Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin (ASC) kombaynları Qaradağda saxlanılıb.

Pravda.az xəbər verir ki, bu barədə Musavat.com-a kombayn sürücüləri məlumat verib.

Hazırda 20-yə yaxın kombayn heç bir səbəb göstərilmədən Avtomobil Yollarının Mühafizə Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Onlar ASC-dən verilən göstərişə əsasən Sabirabada taxıl biçininə kömək üçün gedirmişlər.

“6 saatdan çoxdur ki, ac-susuz burada qalmışıq. Nə izah verən var, nə də işə baxan”,- deyə sürücülər bildirib.

Sürücülər əlavə edib ki, onlara heç bir izah verilmir: “Deyirlər ki, göstəriş belədir”.

Paylaş:

Ən son xəbərlər