"Əgər iki gəncin mübahisəsi olubsa, deməli, bu məsələnin bir kökü var. Bu mübahisə hər yerdə ola bilərdi".
Bu sözləri Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı tələbələr arasında baş verən bıçaqlanma hadisəsindən danışarkən söyləyib.
"İki çox yaxın dost, iki çox yaxşı oxuyan tələbə arasında birdən belə bir hadisə baş verdi. Biz mümkün qədər təhlükənin sovuşması üçün tədbirlər gördük. Amma bunun səbəbini araşdırmaq lazımdır", − deyə o bildirib.