Türkiyədə sosial şəbəkədə tanış olduğu qadınları qarət edən azərbaycanlı saxlanılıb.
Hadisə İstanbul şəhərinin Bayrampaşa adlanan ərazisində baş verib. 27 yaşlı azərbaycanlı M.G. sosial şəbəkədən tanış olduğu qadının evinə gəlib. Evdə o, qadının telefonu və pul qabısını götürəndən sonra silahın qundağı ilə sifətinə xəsarət yetirərək qaçıb.