Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Oyuncaq silahla qorxu yaradan sürücü həbs edilib

458
Paylaş:
Oyuncaq silahla qorxu yaradan sürücü həbs edilib

Sosial şəbəkələrdə paytaxtda avtomobildən oyuncaq silaha bənzər əşya nümayiş etdirilərək təşviş yaradılması ilə bağlı yayılan görüntülər polis tərəfindən araşdırılıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, “Hyundai” markalı avtomobildə hərəkət zamanı oyuncaq silahla ətrafda olan insanlarda təşviş və qorxu yaradan 24 yaşlı sürücü müəyyən olunaraq saxlanılıb. O, inzibati qaydada həbs olunub.

Qeyd edilib ki, istər real, istərsə də oyuncaq silah vasitəsilə cəmiyyətdə təhlükə və panika yaratmaq hüquqi məsuliyyətə səbəb olur.

Paylaş:

Ən son xəbərlər