Dələduzluğun yeni növü peyda olub. Artıq ictimai məkanlarda saxta QR-lar vasitəsilə vətəndaşlar aldadılır.
Pravda.az Xəzər TV-yə istinadən bildirir ki, Elektron Təhlükəsizlik Xidməti vətəndaşları küçə, dayanacaq, park və digər ictimai məkanlarda saxta "QR"-lara qarşı diqqətli olmağa çağırıb.