Xaçmazda 2 il əvvəl itkin düşən qadının meyiti tapılıb.
Məlumata görə, görmə qabiliyyəti məhdud olan 59 yaşlı Gülxar Cahangirova 2023-cü ilin iyulun 18-də itkin düşüb.
Ötən dövr ərzində onun axtarışları aparılıb. Mayın 1-də qadının meyiti rayonun Əzizli kəndi ərazisindəki meşə massivində tapılıb.
"Pula, qızıla görə öldürüb onu. Portfelində min manat olub. Aparıb meşəyə, soyub, sonra maşından itələyərək yerə atıb. Zülmlə öldürüb. Kor qadın idi, niyə öldürürsən axı?!", - mərhumun bacısı deyib.