Abşeron Rayon Polis İdarəsi Saray Polis Bölməsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat zamanı saxlanılan 29 yaşlı Arzu Bayramovanın üzərindən 3 kiloqramdan çox marixuana aşkarlanıb.
Pravda.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.