Oğuz rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən avtoqəza baş verib.
Hadisə Sincan-Xaçmaz avtomobil yolunda qeydə alınıb.
Belə ki, 2001-ci il təvəllüdlü Emin Feyzullayevin idarə etdiyi “Hyundai” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində sürücü və iki sərnişini yüngül xəsarət alıb.