Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-də (AzTV) yoxlamalar başlayıb. Pravda.az Konkret.az-a istinadən xəbər verir ki, artıq televiziyanın maliyyə və kadrlar şöbələrində bütün sənədlər araşdırılır.
Bununla bağlı AzTV-nin mətbuat xidmətinə və televiziyanın elektron poçt ünvanına sorğu ünlanladıq və yoxlamaların hansı qurum tərəfindən aparıldığını öyrənməyə çalışdıq.
Ancaq dəfələrlə zəng etməyimizə baxmayaraq nə telefonlara, nə də yazılı sorğumuza cavab verən oldu.