Lerik Rayon Polis Şöbəsi və prokurorluq əməkdaşlarının birgə fəaliyyəti nəticəsində mayın 31-də itkin düşmüş Lerik şəhər sakini, 1990-cı il təvəllüdlü Şahin Şərifovun qəsdən öldürüldüyü müəyyən edilib.
Pravda.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb.
Bildirilib ki, birgə həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 1991-ci il təvəllüdlü Elşən Ağayevin mayın 31-də Lənkəran-Lerik avtomobil yolunun 51-ci kilometrliyində özünə məxsus avtomobildə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı "Makarov" tipli tapança ilə atəş açaraq Şahin Şərifovu qəsdən öldürdükdən sonra avtomobilini Lerik-Göydərə avtomobil yolunun Nisli kəndindən keçən hissəsinə sürərək meyiti yoldan aşağı istiqamətdə dağın ətəyinə yuvarlamasına əsaslı şübhələr müəyyən edilib.