İyunun 5-i gecə saatlarında Qazax rayonu Əskipara kəndi ərazisində baş verən qəzada ölən 4 nəfərdən biri Prezidentin Təhlükəsizlik Xidmətində xidmət edirmiş.
Pravda.az Unikal-a istindən xəbər verir ki, 1997-ci il təvəllüdlü Ramal Vəliyev PTX-də baş çavuş rütbəsini daşıyıb. O, qəza zamanı sükan arxasında olub.
Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumatdakı ilkin ehtimala görə, qəzanın baş verməsinə səbəb nəqliyyat vasitəsinin yüksək sürətlə və sərxoş halda idarə edilməsi olub.

