Cəlilabad rayonu Həziabad kənd sakini 41 yaşlı Qənbər Yusubov döyülərək öldürülüb.
Hadisə Masallının Alvadı kəndində keçirilən toy məclisindən sonra baş verib.
Məlumata görə, mərhum həmkəndliləri ilə birgə məclisdə spirtli içki qəbul edib. Daha sonra naməlum səbəbdən həmkəndlilər arasında mübahisə düşüb. Nəticədə o, 2 qardaş tərəfindən döyülüb.
Q.Yusubovun bacısı Allahyarova bildirib ki, qardaşı toyda olarkən çölə çıxıb və orada mübahisə edib: “Qardaşımı onlardan biri başı ilə vurub, yıxılıb yerə. Yıxılandan sonra qardaşımın başını yerə çırpıb. Sonra o biri oğlan daşı götürüb qardaşımın başına vurmaq istəyəndə əlindən alıblar. Gördüm ki, qardaşım yaman gündədir. Üzü-gözü şiş idi, görmürdü. Dedim xəstəxanadan çıxma, həkim nəzarətində qal”.