BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda istirahət mərkəzində yanğın

Abşeron rayonunda istirahət mərkəzinin ərazisində yanğın olub.

Pravda.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, ümumi sahəsi 50 m² olan mətbəxdə 1 ədəd pəncərə çərçivəsi və soyuducu yanıb. Yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 50 m² sahədə əriyib. Mətbəxin qalan hissəsi və istirahət mərkəzi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Tarix: 10 İyul 2020, 09:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin