Bakıda gənc qız zəhərlənmədən vəfat edib. Pravda.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə iyunun 7-si saat 05 radələrində baş verib.
Belə ki, sübh vaxtı Səbail rayonu M.Hüseynov küçəsi 22-nin qarşısından Saatlı rayon sakini 2005-ci il təvəllüdlü Dərya Şahin qızı Ağayeva ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Zəhərlənmə diaqnozu qoyulmuş qız bir qədər sonra vəfat edib.