Terrorçuluq barədə yalan məlumat verməkdə təqsirləndirilən Cəmaləddin Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
İttihamda qeyd olunub ki, Cəmaləddin Cəfərov bu il yanvarın 29-da taksafonla Daxili İşlər Nazirliyinin "102" telefon qaynar xəttinə zəng edərək Sahil Metrostansiyası yaxınlığında olan hotelə partlayıcı maddə qoyulması barədə yalan məlumat verib.
O, ittiham üzrə təqsirli bilərək əməlindən peşman olduğunu deyib.