Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Şəmkirdə yol qəzasında müəllim ölüb, azyaşlı oğlu və digər müəllim xəsarət alıb - YENİLƏNDİ - 2

481
Paylaş:
Şəmkirdə yol qəzasında müəllim ölüb, azyaşlı oğlu və digər müəllim xəsarət alıb -   YENİLƏNDİ - 2

İyunun 11-də saat 10:30 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2 nəfər (1-i qadın cinsli, 1-i kişi cinsli olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 2001-ci il təvəllüdlü şəxsə (qadın cinsi) döş qəfəsinin yuxarı aşağı ətrafının küt travması, 2021-ci il təvəllüdlü azyaşlıya ( kişi cinsi) baş-burun nahiyəsinin əzilmiş səthi yarası, aşağı ətrafların diz oynağı nahiyəsinin əziyi diaqnozları təyin edilib. Hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil qiymətləndirilir.

***

12:20

Şəmkirdə baş verən yol qəzasında ölən və xəsarət alanların adları məlum olub.

Hadisə nəticəsində avtomobildə olan sərnişin 1994-cü il təvəllüdlü H.İsmayılova ölüb.

Onun övladı 2021-ci il təvəllüdlü Əli İsmayılov və sürücü, 2001-ci il təvəllüdlü Ş.Huseynova xəsarət alıb.

Məlumata görə, qəzada ölən H.İsmayılova və xəsarət alan Ş.Hüseynova Şəmkir rayonun Dəllər Cırdaxan kənd orta məktəbinin müəllimləridir.

***

11:23

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax-Gürcüstan magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Avtomobil idarəetmədn çıxaraq yolun kənarına aşıb. Nəticədə 1 nəfər ölüb, azyaşlı xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub./APA

Paylaş:

Ən son xəbərlər