Sosial şəbəkələrdə özünü şairə kimi təqdim edən İlhamə Əskərovanın (Elşadqızı) cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin saxlanılmasında iştirak edən polis əməkdaşları ifadə verərək İlhamə Əskərovanın mənzilində narkotik maddənin aşkar olunduğunu bildirib, buna görə də videoçəkiliş aparılaraq istintaqa təhvil verildiyini deyiblər.
İ.Əskərova əməliyyatçıların mənzildə axtarış apardıqları zaman anasının da orada olduğunu desə də, əməliyyatçılar bunu təkzib ediblər.
Bununla yanaşı, mənzilindən 200 manatının yoxa çıxdığını iddia edən tiktoker bunun axtarış zamanı baş verdiyini desə də, ifadə verən polis əməkdaşları bunu onlara atılan iftira kimi qiymətləndiriblər.