Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Qubada tapılan meyitlə bağlı dəhşətli xəbər - Ayağı kəsilib, gözləri yoxdur - VİDEO

1 534
Paylaş:
Qubada tapılan meyitlə bağlı dəhşətli xəbər - Ayağı kəsilib, gözləri yoxdur -     VİDEO

Xəbər verdiyimiz kimi, iyunun 1-də itkin düşən Qubanın Üçgün kənd sakini 23 yaşlı Samir Rüstəmovun meyiti Şabranın Taxtakörpü su anbarında tapılıb.

Pravda.az Baku TV-ə istinadla xəbər verir ki, doğmalarının sözlərinə görə, hadisə gecə saatlarında Quba şəhəri ərazisində baş verib.

İş yoldaşları ilə yeyib-içən Samir kanalın ətrafına gəlib və 3 nəfərin gözü qarşısında suya düşüb.

Dostları onu çıxarmağa çalışsalar da, bunu nail ola bilməyiblər.

"11 gündür hər yerdə axtarırdıq. Tanınmaz vəziyyətdədir. Ayağı kəsilib, gözləri yoxdur", - itkin düşən şəxsin qohumu Məmməd Balabəyov Baku TV-yə açıqlamasında deyib.

Qeyd edək ki, gəncin axtarışı üçün əraziyə dalğıc-xilasediciləri cəlb edilib, kanala suyun verilişi dayandırılıb.

Həyata keçirilən tədbirlər nəticəsində Samur-Abşeron kanalında batması ehtimal olunan 23 yaşlı Samir Çərkəz oğlu Rüstəmovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Paylaş:

Ən son xəbərlər