Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Ziya Bünyadov prospekti yaxınlığında yanğın - YENİLƏNDİ

714
Paylaş:
Ziya Bünyadov prospekti yaxınlığında yanğın -   YENİLƏNDİ

Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti yaxınlığında açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Pravda.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

***

15:21

Bakıda Ziya Bünyadov prospekti yaxınlığında açıq ərazidə yanğın başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti yaxınlığında açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Paylaş:

Ən son xəbərlər