18 yaşlı Mədinə Qədimovanın qətlinin təfərrüatı məlum olub. Mədinə 17 yaşında ailə həyatı qurub. Onun ailə həyatı qurduğu Valeh Qədimova qazi olub. Onlar instaqramda tanış olublar. Mədinənin atası molla olub.
Hadisədən bir neçə ay əvvəl ər-arvad arasında münasibətlər korlanıb. Mədinə ata evinə gedərək geri qayıtmaq istəməyib. Valeh Mədinənin evə qayıtması üçün bir neçə dəfə qayınatasının evinə gedib. Lakin Mədinə evə qayıtmaq istəməyib. Münasibətlər isə Mədinənin uşağı dünyaya gələndən sonra daha da korlanıb. Valeh əvvəlcə Mədinəni əli ilə boğub. Sonra da bıçaqla çoxsaylı zərbələr endirərək qətlə yetirib. Hadisə Mədinənin Ağstafadakı ata evində baş verib.
Qətli törədən 2001-ci il təvəllüdlü Valeh Qədimov Vətən Müharibəsi iştirakçısı kimi “Cəsur döyüşçü”, “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
Valeh qətllə bağlı nələr danışıb?
Özünü xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilməyən Valeh deyib ki, qəsdən adam öldürməkdə, yəni Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham edilməsini istəyib. Dediyinə görə hadisənin necə baş verdiyini xatırlamır:
“Hadisənin necə baş verdiyini xatırlamıram. Mədinənin hansı səbəbdən öldüyünü unutmuşam. Maştağaya müalicə almaq üçün göndərildikdə mənə dərman verdilər. Dərmanı içdikdən sonra hər şeyi unutmuşam”.
Valeh ifadəsində Mədinə ilə necə tanış olduqlarını, münasibət qurduqlarını danışıb: “İnstaqramdan bir nəfər “salam” yazdı. Onunla danışamağa başladıq. Onun molla Rafiqin qızı Mədinə olduğunu bildim. Mədinə ilə bir-birimizi sevməyə başladıq. 2023-cü ilin sentyabr ayında toyumuz oldu. Çox mehriban idik. Qızımız dünyaya gələnə qədər hər hansı ciddi bir münaqişə və ya problem olmamışdı. Qızımızın 40 günü tamam olmamış Mədinənin anası onları heç bir söz demədən öz evlərinə apardı. Mədinə mənə “məni anam aparır, mən gedirəm evimizə” deyə mesaj yazdı. Mən evə gələndə Mədinənin anamla sözü çəpləşdiyi üçün getdiyini öyrəndim. Mədinənin anası “uşağın 40-ı çıxsın, sonra özüm onları sizə gətirəcəm” dedi. Mən də razılaşdım. Amma uşağın 40-ı çıxandan sonra da Mədinə evə qayıtmaqdan imtina etdi. Bir müddət sonra Mədinə ilə münasibətimiz düzəldi, evə qayıtdı. 4 ay sonra Mədinə əmisinin yası üçün ata evinə getdi. Yasdan sonra evə getmək lazım olduğunu dedim. Mədinə heç bir yerə getmək istəmədiyini dedi. Əmisinin 40-da ailəmlə onlara getdik. Mədinə ilə evə qayıtması barədə söhbət etdim. Yenə evə qayıtmayacağını dedi. Bir neçə gün sonra yenə Mədinənin atasının evinə getdim. Mədinə məni görəndə polisə şikayət edəcəyini, boşanacağını dedi. Bir neçə gün sonra evlərinə getdim. Danışdıq, restoranda yemək yeməyə getdik, evdən istədiyi əşyaları ona apardım”.