Xəbər verdiyimiz kimi, Sumqayıtın Nizami küçəsində yerləşən "Park Palace” şadlıq sarayında keçirilən toy mərasimində məclis sahibi ilə müğənni Kəmalə Günəşli arasında qalmaqal yaşanıb.
Oğluna sünnət toyu keçirən V.Mikayılova 4 saatlıq çıxış üçün 4 min manata razılaşdığı Mirzəyevə Kəmalə Ələsgər qızının ifalarından razı qalmayıb. Bu da davaya səbəb olub.
Sosial şəbəkələrdə həmin gün baş verən davanın görüntüləri yayılıb.