"AvtoVAZ" xarici dizaynında dəyişikliklərlə ən populyar avtomobillərdən biri sayılan "Niva"nın istehsalına başlayıb. İyulun 10-da ilk dəfə olaraq modelin xarici görünüşü nümayiş olunub.
Pravda.az-ın "AvtoVAZ"ın dərc etdiyi məlumata istinadən verdiyi xəbərə görə, əgər 2019-cu ilədək “Niva” avtomobilləri "Chevrolet" loqosu ilə istehsal olunurdusa, bu gündən etibarən avtomobil "Lada" markası altında buraxılacaq. Yeni modelin kuzasının ön hissəsi dəyişikliyə məruz qalıb, bundan başqa, yeni modeldə radiator barmaqlıqları və optika yer alıb.