“Yoluxma sayı ilə sağalanların sayı demək olar eyniləşib. Ehtiyatla olsa da deyə bilərik ki, sabitləşmə var. Sağalanlarla yoluxanların sayı arasında kəskin fərq azalmağa doğru gedir”.
Pravda.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.