Sosial şəbəkələrdə qeyri-etik paylaşımları ilə diqqət çəkən “Əfi” ləqəbli tiktoker Əflatun Rüstəmov həbs edilib.
“Əfi” həbs edildi
Pravda.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, o, polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb olunub.
Abşeron Rayon Məhkəməsinin qərarı ilə inzibati qayda pozuntusunda təqsirli bilinən “Əfi”yə 13 gün həbs cəzası verilib.