Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

“Muğan” klinikasında yanğın - YENİLƏNDİ

842
Paylaş:
“Muğan” klinikasında yanğın -   YENİLƏNDİ

Sabirabadda klinikada baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sabirabad rayonunda klinikada yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində birmərtəbəli klinikanın dam örtüyündə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

***

17:02

Sabirabadda klinika yanır.

Yanğın hadisəsi Sabirabad şəhərinin mərkəzində yerləşən “Muğan” klinikasında baş verib.

Hazırda yanğının söndürülməsinə FHN Sabirabad Yanğından Mühafizə xidmətinin avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Paylaş:

Ən son xəbərlər