BURADA REKLAMINIZ OLA
BİLƏR

Fazil Həsənov vəfat etdi

Azərbaycanda prokuror müavini vəfat edib.

 

59 yaşlı Fazil İdris oğlu Həsənov səhhətində yaşanan problemlə əlaqədar dünyasını dəyişib.

 

Qeyd edək ki, o 33 ildir ki, prokurorluq sahəsində çalışırdı.

 

Həmçinin F.Həsənov şəhid Tural Həsənovun əmisi idi.

 

Tural Həsənov 2020-ci il dekabr ayının 30-da Xocavənd yolunda xidməti maşında minaya düşərək şəhid olub.

 

O, Füzuli, Cəbrayıl və Şuşanın azad olunmasında iştirakına görə "Vətən uğrunda" , "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

Oxu.az

Tarix: 15 İyun 2025, 23:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin