İtaliyada yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar bu ilin yanvar ayından tətbiq olunan fövqəladə vəziyyət rejiminin müddəti ilin sonunadək uzadıla bilər.
Pravda.az-ın xəbərinə görə, bu barədə bu gün ANSA agentliyi hökumətdəki mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, İtaliyada fövqəladə vəziyyət rejiminin müddəti dekabrın 31-dək uzadıla bilər.