Qobustan Rayon İcra Hakimiyyətinin 1 Saylı Yaşıllaşdırma İdarəsinin əməkdaşı mal-qaranı yaşıllıq ərazisindən çıxararkən yol nəqliyyat hadisəsinə səbəb olub. Bu səbəbdən barəsində məhkəmə qərarı verilib.
1969-cu il təvəllüdlü E.M.-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi (velosipedçi, moped və at arabası idarə edən, habelə mal-qara ötürən şəxsin yol hərəkəti qaydalarını pozması) ilə protokol tərtib olunub və işə məhkəmədə baxılıb.
Araşdırma zamanı müəyyən edilib ki, E.M. Qobustan Rayon İcra Hakimiyyətinin 1 Saylı Yaşıllaşdırma İdarəsində mühafizəçi vəzifəsində çalışır. 2025-ci il iyunun 9-da idarənin müdiri Rasim Novruzov ona zəng edərək, Qobustan şəhəri, Əlyar Vəliyev küçəsində yerləşən yanacaqdoldurma məntəqəsi yaxınlığındakı yaşıllaşdırma ərazisinə mal-qara daxil olduğunu bildirib və heyvanların ərazidən çıxarılmasını tapşırıb.