Baş prokuror Kamran Əliyev növbəti kadr dəyişikliyini edib. "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski vəzifəsindən azad edilərək sərəncama götürülüb. Hələlik onun yerinə təyinat yoxdur.
Məlumat üçün deyək ki, İ.Ləmbəranski tanınmış ictimai xadim Əliş Ləmbəranskinin nəvəsi, millət vəkili Əminə Ağazadənin həyat yoldaşıdır. O, əvvəllər bir sıra rezonans doğuran cinayət işlərinin istintaqına rəhbərlik edib.