Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qaxda əməliyyat keçirib. Əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, müavinləri və rayonun bir neçə vəzifəli şəxsi saxlanılıb. Hazırda onlar Bakıya gətirilir.
Şəkiliyev Musa Şaban oğlu 23.09.1959-cu ildə Qax rayonunda anadan olub. O, 1976-cı ildə Qax şəhər 1 saylı orta məktəbini bitirib, Rostov Vilayətinin Novoçerkassk şəhərindəki Novoçerkassk Mühəndis-Meliorasiya institutuna daxil olub və 1981-ci ildə meşə təsərrüfatı mühəndisi ixtisası alaraq institutu başa vurud.
Musa Şəkiliyev əmək fəaliyyətinə Qax Meşə Təsərrüfatı idarəsində meşə ustası kimi başlayıb. O, 1981-1986-cı illərdə Qax Meşə Təsərrüfatı idarəsində meşə ustası və meşəbəyi, 1986–1987-ci illərdə Qax Rayon XDS İcrayə Komitəsində Mülki Müdafiə Qərargahının rəisi, 1987–1989-cu illərdə İlisu Dövlət Qoruğunun direktoru, 1989–2002-ci illərdə Qax Meşə Təsərrüfatının direktoru, 2002–2010-cu illərdə Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin Mühafizəsi və Bərpası idarəsində rəis əvəzi, Meşələrin İnkişafı Deportamentində direktor müavini vəzifələrində işləyib.