Karantin məhdudiyyətlərini pozaraq Bakı şəhərindən rayonlara qanunsuz olaraq sərnişin daşıyan sürücü saxlanılıb.
Pravda.az-ın xəbərinə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən bu qanunsuz fəaliyyətlə məşğul olan Şamaxı şəhər sakini Anar Ədilov tutulub. O, idarə etdiyi “Opel” markalı avtomobillə karantin postundan kənar yollarla iki nəfər sərnişini Şamaxı rayonuna aparan zaman Abşeron rayonu ərazisində saxlanılıb.