Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

AEBA: İranda radioaktiv çirklənmə ilə bağlı əhali üçün təhlükə yoxdur

447
Paylaş:
AEBA: İranda radioaktiv çirklənmə ilə bağlı əhali üçün təhlükə yoxdur

ABŞ-ın İranda nüvə obyektlərinə hücumundan sonra radioaktiv çirklənmə həmin obyektlərlə məhdudlaşıb və əhali üçün heç bir təhlükə yoxdur.

Bunu Beynəlxalq Atom Enerjisi Agentliyi bəyan edib.

Qeyd edilib ki, hücum zamanı 6 obyekt hədəfə alınıb, daha əvvəl vurulmuş 4 obyektə isə yenə zərbə endirilib.

Xatırladaq ki, ABŞ Hərbi Hava Qüvvələri bu gün səhər saatlarında İrana zərbələr endirib. Hücum zamanı Fordo, Natanz və İsfahandakı nüvə obyektləri hədəf alınıb.

APA

Paylaş:

Ən son xəbərlər