Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Deputat: “Prezidentin təşəbbüsünə müsbət rəy verilməsi uğurlu xarici siyasətin məntiqi nəticəsidir”

1 274
Paylaş:
Deputat: “Prezidentin təşəbbüsünə müsbət rəy verilməsi uğurlu xarici siyasətin məntiqi nəticəsidir”

“Bildiyiniz kimi, 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun COVİD-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə Görüşü təşkil edildi. Bu tədbirdə Qoşulmama Hərəkatı üzv dövlətləri ilə yanaşı BMT-nin Baş Katibi, BMT Baş Assambleyasının Prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların nümayəndələri də iştirak etdilər. Prezident İlham Əliyev Qoşulamama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış edib. Qurumun Nizamnaməsinə əsasən, BMT Baş Assambleyası ehtiyac duyulduğu təqdirdə Xüsusi sessiyalar keçirə bilər. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılmalıdır. BMT-nin təsis olunmasından indiyə qədər Baş Assambleyanın xüsusi sessiyaları məhdud sayda keçirilib. BMT-yə üzv ölkələrin çox hissəsi - 97 ölkə təşəbbüsə dəstək verdiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalıdır. 130-a qədər ölkə təşəbbüsə dəstək verdiklərini bildirdilər. Bu, sevindirici haldır. Çünki BMT-nin təsis olunmasından indiyə qədər Baş Assambleyanın xüsusi sessiyaları məhdud sayda keçirilib. Xatırlayırsınızsa, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib. Prezident İlham Əliyevin COVİD-19-a qarşı mübarizə tədbirləri çox yüksık qiymətləndirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin Baş katibi Antonio Quterreşə telefonla zəng etmişdi. telefon danışığı əsnasında Prezident İlham Əliyev bildirib ki, Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizədə Baş katibin və BMT-nin səylərini, o cümlədən çoxtərəfli əməkdaşlığı dəstəkləyir. Dövlət başçısı COVID-19 pandemiyasına qarşı mübarizə məqsədilə Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə, 30-dan çox ölkəyə isə humanitar və maliyyə yardımı ayırdığını qeyd edib. Prezident Qoşulmama Hərəkatının sədri statusunda üzv dövlətlər adından BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılması barədə müraciətinə qısa müddətdə cavab verdiyinə görə Baş katibə təşəkkürünü çatdırıb və BMT-nin 130-dan çox üzv dövlətinin bu təşəbbüsü dəstəklədiyini vurğulayıb. Dövlət başçısı xüsusi sessiyanın keçirilməsi ilə əlaqədar texniki-logistik məsələlərin həllində Azərbaycanın öz töhfəsini verməyə hazır olduğunu bildirib. BMT-nin Baş katibi Antonio Quterreş telefon zənginə görə Prezident İlham Əliyevə təşəkkür edib. Baş katib BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəklədiyini qeyd edərək, texniki-logistik məsələlərin həlli ilə əlaqədar BMT-nin Azərbaycan tərəfi ilə birlikdə işləməyə hazır olduğunu deyib. Prezident və Baş katib Antonio Quterreş telefon danışığında əminliklərini ifadə ediblər ki, keçiriləcək xüsusi sessiya COVID-19 pandemiyasına qarşı mübarizədə önəmli addım olacaq. Bütün bunlar Prezident İlham Əliyevə böyük etimadın göstəricisidir, dövlət başçısının xarici siyasətdəki uğurlarından biridir. BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan olub. Onlar faşizm ideologiyasına qulluq edərək çirkin siyasət ortaya qoyurlar”.

Bunu Pravda.az-a açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı Cavid Osmanov deyib.

C.Osmanovun sözlərinə görə, Ermənistanın bu çağırışa qoşulmaması göstərir ki, bu ölkəni heç zaman digər xalqların taleyi maraqlandırmayıb: “Onlar bu addımla özlərini biabır etdilər. Bir daha qeyd edirəm ki, Prezidentin təşəbbüsünə müsbət rəy verilməsi uğurlu xarici siyasətin məntiqi nəticəsidir”.

Deputat vurğulayıb ki, Ermənistanda indi və əvvəl hakimiyyətdə olanlar Dağlıq Qarabağla bağlı danışıqlar prosesini hər zaman yanlış yola istiqamətləndirməyə çalışıblar, müxtəlif təxribatlar törədiblər: “COVİD-19-a qarşı bütün dünya birgə mübarizə aparır. Azərbaycan Prezidentinin təşəbbüsünə Ermənistanın mənfi rəy verməsi göstərir ki, bu ölkə hər zaman yanlış yola istiqamətlənir. Bunun nəticəsidir ki, danışıqlar prosesindən qaçırlar. Prezident İlham Əliyev iyulun 6-da Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibəsində qeyd etdi ki, “Ermənistanda insan haqlarının və demokratiyanın pozulması bu günün işi deyil. Ermənistanda heç vaxt demokratiya olmayıb. Ermənistan hələ müstəqil ölkə kimi formalaşandan dərhal sonra öz əsl xislətini göstərdi. Xocalı soyqırımını törədən faşistlər demokrat ola bilməzlər. Başqasının torpağına göz dikən, bir milyon insanı evsiz-eşiksiz qoyan ölkə demokrat ola bilməz. Onlar bir milyon Azərbaycan vətəndaşının və Ermənistanda yaşayan azərbaycanlıların elementar insan haqlarını pozublar”. Azərbaycan dövləti beynəlxalq hüquqa söykənərək torpaqlarını işğaldan azad edə bilər. Bu, müharibə yolu ilə də ola bilər. Buna kiminsə şübhəsi olmasın. Artıq son həddir. Azərbaycan tezliklə torpaqlarını işğaldan azad edəcək. Qüdrətli ordumuz var, Azərbaycan Ordusu dünyanın 50 ən güclü orduları sırasındadır. Prezidentin çıxışı Ermənistana mesajdır. Ermənistan son nəfəsdədir, ölkə dərin böhran içindədir...”

Paylaş:

Ən son xəbərlər