Azərbaycanda 48 yaşlı vəzifəli şəxs iş yerində ürək tutmasından vəfat edib. Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə iyunun 24-də günorta saatlarında Bakının Nərimanov rayonu ərazisində - keçmiş məcburi köçkün rayonların icra hakimiyyətlərinin yerləşdiyi inzibati binada baş verib.
Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının Cəbrayıl şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, İcra Hakimiyyətinin Bakı şəhərindəki səlahiyyətli nümayəndəsi Ruhid Mehdiyevin iş yerində halı pisləşib. Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Lakin həkimlər gələnə qədər o, vəfat edib.