Füzulidə baş verən ağır yol qəzasında üç nəfər həyatını itirib.
Rayonun 6 saylı qayıdış qəsəbəsi ərazisində qeydə alınan zəncirvari qəzada "Mersedes", "KİA" və "Opel" toqquşub.
Hadisə nəticəsində rayon sakinləri 1999-cu il təvəllüdlü Qurbanov Nicat və qardaşı, 1986-cı il təvəllüdlü Qurbanov Ceyhun Vaqif oğlu, 1999-cu il təvəllüdlü Süleymanov Elçin ölüb, Bəndalı Qəmbərov isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.