Ölkədən qaçan bir Çin viroloqu ÇXR səlahiyyətlilərini koronavirus gizlətməkdə günahlandırır. Qadın iddia etdiyi kimi, "itkin düşmüş" informatorların siyahısına düşəcəyindən qorxaraq ABŞ-da gizlənir.
Fox News-a eksklüziv reportajında Honq Konqun virusoloq doktoru Li-Men Yan COVID-19 ilə əlaqəli apardığı ilk araşdırması haqda danışıb.
Honq Konq Xalq Sağlamlığı Məktəbində virusologiya və immunologiya sahəsində ixtisaslaşan qadın həkim 28 apreldə ABŞ-a qaçıb. Dediyinə görə, əgər tutulmuş olsaydı, həbsxanaya atıla bilər və ya daha da pis, "yoxa çıxanlardan” biri ola bilərdi.
Yan Fox News-a verdiyi müsahibədə Çin rəhbərliyinin yeni koronavirus haqqında xəbəri verəndən çox əvvəl o haqda məlumatlıymış. O deyir ki, bu sahədəki bəzi aparıcı mütəxəssislər kimi tanınan rəhbərləri onun pandemiyanın başlanğıcında insanların həyatını xilas edə biləcək araşdırmalarına da məhəl qoymayıblar.
İndi gizlənən Yan onun həyatı üçün təhlükə olduğunu düşünür. Heç vaxt evə qayıda bilməyəcəyindən qorxur və çox güman ki, öz vətənində dostlarını və ailəsini heç görməyəcəyini anlayaraq yaşayır.
"ABŞ-a gəlməyimin səbəbi COVİD haqqında əsl mesajı ötürməyimdir", - Yan deyir və əlavə edir ki, Çində öz hekayəsini danışmağa çalışsa, "yoxa çıxacaq və öləcək".
Dünyadakı yeni koronavirusu araşdıran ilk alimlərdən biri olduğunu iddia edən Yan Universitet/ÜST istinad laboratoriyasındakı araşdırma müdiri doktor Leo Pundan 2019-cu ildə materik Çində həmin ilin dekabrın sonunda SARS tipli hadisələrin qəribə bir çoxluğunu öyrənməsini istəyib.
"Çin hökuməti xarici mütəxəssislərin, o cümlədən Honq Konq ekspertlərinin Çində araşdırma aparmalarına icazə verməkdən imtina etdi, - o deyir. - Beləliklə, daha çox məlumat almaq üçün dostlarıma müraciət etdim".
Yan böyüdüyü və təhsilinin çox hissəsini keçirdiyi materik Çindəki müxtəlif tibb müəssisələrində geniş peşəkar əlaqələrə sahib olub. Deyir ki, bu səbəbdən bu cür araşdırma aparmağı xahiş olundu, xüsusən də komandası hökumətin əsil həqiqətləri gizlədikləri bilirdilər.
Onun yoldaşlarından biri, Çindəki Xəstəliklərə Nəzarət və Qarşısının alınması Mərkəzinin alimi xəstəlik halları barədə əvvəlcədən birinci əldən məlumatlıydı və iddia edildiyi kimi, 31 dekabrda Çin və ya ÜST belə bir yayılma olduğunu etiraf edəndən xeyli qabaq virusun insandan-insana ötürülməsi barədə Yana danışmışdı.
Yanın sözlərinə görə, o, bu ilkin tapıntıların bəzilərini rəhbərinə bildirib. O isə sadəcə başını yelləyib və Yana işə davam etməsini tapşırıb.
Bir neçə gün sonra, 9 yanvar 2020-ci ildə ÜST bir açıqlama verir: "Çin səlahiyyətlilərinin fikrincə, bu virus bəzi pasiyentlərdə ciddi xəstəliklərə səbəb ola bilər, ancaq insanlar arasında asanlıqla ötürülə bilməz... Bu sabit qrupun ümumi riskini təyin etmək üçün məhdud məlumatlar var".