Kəlbəcərdə ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə rayonun Alıbəyli kəndində qeydə alınıb.
Tovuz rayon sakini 1998-ci il təvəllüdlü O. Mustafayev idarə etdiyi “HOWO” markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək çaya aşıb.