ƏHD Partiyasının sədr müavini Niyaməddin Orduxanlının qardaşı Muradxan Orduxanlı vəfat edib. Pravda.az Gununsesi.info-ya istinadən xəbər verir ki, onun xərçəng xəstəliyindən dünyasını dəyişdiyi deyilir.
Muradxan Orduxanlı Birinci Qarabağ müharibəsi qazisi olub. O, 1992-ci ildə Ağdərənin azad edilməsində və başqa hərbi əməliyyatlarda fəal iştirak edib.