Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Vaqif Hacımətov vəfat etdi

897
Paylaş:
Vaqif Hacımətov vəfat etdi

Azərbaycan basketbolu ağır itki ilə üzləşib.

Uzun illər Rusiyanın Stavropol şəhərində yaşayan, milli komandamızın sabiq üzvü, SSRİ idman ustası Vaqif Hacımətov vəfat edib.

O, 62 yaşında, uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

V.Hacımətov 1982-ci ildə SSRİ basketbol yığmasına dəvət alıb. O, SSRİ çempionatında Azərbaycan Neft və Kimya İnstitutunun komandasında çıxış etmiş, daha sonra isə Rusiya çempionatında "Dinamo" (Stavropol) klubunun uğurları üçün mübarizə aparmışdır. Peşəkar basketbolçu karyerasını başa vurduqdan sonra Vaqif Hacımətov məşqçilik fəaliyyəti ilə də məşğul olmuşdur.

Azərbaycan Basketbol Federasiyası olaraq mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan ona rəhmət diləyirik./Report

Paylaş:

Ən son xəbərlər