Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Yekaterinburq məhkəməsində 6 azərbaycanlı barəsində həbs qətimkan tədbiri seçilib - YENİLƏNDİ

428
Paylaş:
Yekaterinburq məhkəməsində 6 azərbaycanlı barəsində həbs qətimkan tədbiri seçilib -   YENİLƏNDİ

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan Bakir Səfərov barəsində qərar çıxarıb.

Məhkəmə Bakir Səfərovu 72 saat həbsdə saxlamaq barədə qərar qəbul edib.

Qeyd edək ki, bu gün məhkəmənin qərarı ilə Məzahir, Akif və Ayaz Səfərovlar barəsində 22 sutkalıq həbs qətimkan tədbiri, digər saxlanılanlar Şahid Lalayev və Əhliman Gənciyev barəsində 72 saatlıq həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Bakir Səfərov əməliyyat zamanı öldürülmüş Ziyəddin və Hüseyn Səfərovların qardaşıdır.

***

Yekaterinburq məhkəməsində Əhliman Gənciyev barəsində 72 saatlıq həbs qətimkan tədbiri seçilib.

APA

Paylaş:

Ən son xəbərlər