Dələduzluqda ittiham olunan “Moon Kids” uşaq bağçasının direktoru Havvaxanım Rüstəmovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər ifadə verib.
Zərərçəkən Vüqar İsmayılov ifadəsində bildirib ki, ona dəyən zərər ödənilib: "Mən qızımı işə düzəltmək məqsədilə internetdə gördüyüm elandakı bağçaya müraciət etdim. Elanda yazılmışdı ki, uşaq bağçasına musiqi müəllimi axtarırlır. Havvaxanımın qəbuluna gedəndə qızım bayırda gözlədi. Mən gedib onunla danışdım. Dedi ki, qızımı işə düzəlmək üçün 3-4 min pul verməliyəm. Razılaşdıq. Qızım işə düzəldi və növbəti 2 ay 300 manat maaş aldı. Sonra maaş verilmədi. Prokurorluğa müraciət etdik. Havvaxanımın atası 3 min manatını qaytardı, qalan 1000 manatını da onlara bağışladım".
Zərərçəkən Tarverdi Həsənovun ifadəsində bildirib ki, onun gəlini bağçada iş üçün müraciət edib:
"Gəlinim bağçada işlə bağlı elan gördü. Müraciət edib edib Havvaxanımın qəbuluna getdik. Dedilər ki, 5 min manat pul lazımdır. Gəlinimə zəng edib təcili gətirməli olduğumuzu dedilər. Mən onlara 5 min yox, 4 min manat verəcəyimi bildirdim. Dedim ki, qalanını maaşda çıxarsız. Lakin, ona iki ay işləməsinə baxmayaq maaş verilmədi. Havvaxımın yanına gedib nə məsələ olduğunu soruşdum. Narahat olacaq səbəb olmadığını bildirdi. Sonra köməkçisindən öyrəndim ki, Havvaxanımı tutublar. Atasının nömrəsini tapıb danışdım. Xahiş etdim ki, banka olan borcumuzu ödəyəcək qədər pul qaytarsınlar. Mənə 2 min manat verib sənədə qol çəkdirdilər. İstintaq zamanı çağırılanda dedim ki, mən razı deyiləm, pulumu qaytarsınlar. Atası 1100 da manat verib xahiş etdi ki, məsələni bağlayaq".
Havvaxanım Rüstəmova zərərçəkəni tanıdığın bildirib. Deyib ki, zərərçəkənin gəlinindən təcrübə üçün 4 min manat pul alıb. Gəlinin əmək müqaviləsi də olub. Təqsirləndirilən dəymiş ziyanın qalanının da ödəniləcəyinə söz verib.
Növbəti proses avqustun 4-nə təyin edilib.