BURADA REKLAMINIZ OLA
BİLƏR

Dünyanın ən varlı qadınının adı açıqlandı

"Amazon" şirkətinin rəhbəri Ceff Bezosun keçmiş həyat yoldaşı Makkenzi Bezos ABŞ-ın ən varlı qadını olub.

 

Bu barədə "Forbes" xəbər verir.

 

Məlumata görə, hazırda qadının sərvəti 62,3 milyard ABŞ dolları dəyərində qiymətləndirilir.

 

Qeyd edilir ki, iyulun 2-dən 9-dək olan dövrdə “Amazon”un səhmləri 10% artıb. Nəticədə şirkətin banisinin və rəhbəri Ceff Bezosun səhmləri 16,2  milyard ABŞ dolları artıb. Ceff Bezosun şirkətin səhmlərinin bir hissəsinə malik keçmiş arvadı sərvətinin məbləğinə görə ABŞ-ın ən zəngin qadınlarının reytinqində “Walmart” korporasiyasının banisinin qızı Elis Uoltonu ötüb.

 

Makkenzi Bezosun öz sərvətinin ölçüsünə görə geri qaldığı yeganə şəxs “L'Oreal”ın banisinin nəvəsi Fransuaze Betankur-Mayerdir. Onun kapitalı 64 milyard ABŞ dolları təşkil edir.Report

Tarix: 12 İyul 2020, 07:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin