BURADA REKLAMINIZ OLA
BİLƏR

Elmar Məmmədyarov vəzifəsindən azad edilir? - AÇIQLAMA

“Elman Məmmədyarovun vəzifədən azad edilməsi gözləniləndir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

E.Nəsirov qeyd edib ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında rüşvətxorluq və korrupsiyaya qarşı amansız mübarizə aparılır: “Prezident məmurlar qarşısında çox aydın şəkildə məsələ qaldırıb ki, xalqa ləyaqətlə xidmət edib mükafatlanın, əks təqdirdə isə cəzalanacaqsınız. Bundan nəticə çıxarmayanlar öz talelərini sual altına qoyurlar. Bəzi rayon icra başçılarının korrupsiyaya görə həbs edilməsi, bundan başqa, eyni əməllərə görə DSX-də, Mədəniyyət Nazirliyində DTX-nin əməliyyatlar keçirməsinin ardında XİN-də ortaya çıxan faktlar göstərdi ki, yenə də kimlərsə bundan nəticə çıxarmayıb, yenə də nazirliklərdə bəzi məmurların vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rüşvət alması kimi hallar qeydə alınır. Bütün bunlar Xarici İşlər Nazirliyində idarəetmə məsələlərində müəyyən boşluqlar olduğunu təsdiqləyir. Əlbəttə, Elmar Məmmədyarovun Xarici İşlər nazirinin vəzifəsindən azad edilməsi birbaşa Prezidentin səlahiyyətindədir. Bu əməllərdə Xarici İşlər nazirinin məsuliyyət səviyyəsinin nə dərəcədə olmasını Prezident hamıdan yaxşı bilir. Hesab edirəm ki, o, hər zaman çox ciddi faktlar və arqumentlər əsasında qərar qəbul edir”.

Tarix: 12 İyul 2020, 08:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin