"Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir".
Bunu Yekaterinburqda hüquq-mühafizə orqanlarının evə basqını zamanı öldürülən Ziyəddin və Hüseyn Səfərovların qardaşı qızı Çimnaz İbrahimova deyib.
"Hüquq-mühafizə orqanları səhər saatlarında evə daxil olub, onları vəhşicəsinə döyərək evdən çıxarıblar. Polisin belə bir hərəkətə yol verməsi heç başadüşülən deyil. Bu cür işgəncələr normal sayılmamalıdır", - Ç.İbrahimova əlavə edib.