2023-cü il aprelin 23-də Bakının Nərimanov rayonunda qətl hadisəsi baş verib. Polis və prokurorluq əməkdaşları daxil olan məlumat əsasında əraziyə yollanıblar. Məlum olub ki, hadisə Həsən Əliyev küçəsi, ev 105, mənzil 36-da baş verib. Mətbəxin girişində, üzüüstə uzanıqlı vəziyyətdə Namiq İsrafilovun meyiti aşkar edilib.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Сinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, 1982-ci il təvəllüdlü Namik İsrafilovun ölümünə yuxu arteriyasının zədələnməsi nəticəsində baş vermiş massiv qanitirmə səbəb olub. Meyitdən götürülmüş qanda 0.5% qatılığında etil spirti aşkar edilib.
Növbəti gün Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, cinayəti 1998-ci il təvəllüdlü, Ağdam rayonunda qeydiyyatda olmaqla, Bakı şəhəri, Dərnəgül qəsəbəsi, Ağasadıq Gəraybəyli küçəsi, 31 ünvanında, Bakı Slavyan Universitetinin 1 saylı yataqxanasında yaşayan Rəsul Ağazadə törədib. Cinayət aləti olmuş bıçağı və onun mobil telefonunu tapmaq mümkün olmayıb.
Müəyyən edilib ki, Rəsul Ağazadə ilə zərərçəkmiş şəxs arasında aprelin 22-də 3 dəfə telefon danışığı olub. Aprelin 22-i saat 00:58-də onlar birlikdə binaya daxil olublar, həmin vaxtdan etibarən heç biri mobil telefon vasitələri ilə hər hansi şəxslə əlaqə saxlamayıb. Namikə məxsus telefonun ekranı sınmış vəziyyətdə olub. İçərisindəki məlumatlara baxış keçirmək üçün işə salındıqda cihaz işləməyib. Baxışda iştirak edən Zülfüqar İsmayılov telefonu Rəsul Ağazadədən 60 manata aldığını və qardaşı Əliağaya verdiyini bildirib. Atası qardaşına əsəbiləşdiyi üçün telefonu divara çırparaq sındırıb.
Rəsul Ağazadə 2017-ci ildə Füzuli Hərbi Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 332-ci (hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddəsi ilə 6 ay sınaq müddəti cəzasına, 2019-cu ildə Binəqədi Rayon Məhkəməsinin 177-ci (oğurluq) maddəsi ilə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, 2021-ci ildə Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 180-ci (soyğunçuluq) maddəsi ilə 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. Pravda.az Lent.az-a istinadla qətl hadisəsinin istintaq materiallarını təqdim edir.
İstinaqla müəyyən edilib ki, aprelin 22-i gecə saat 1 radələrində Rəsul Ağazadə maddi sərvət əldə etmək məqsədilə tanışı Namik İsrafilovun evinə basqın edib, onu öldürmək qərarına gəlib. Atatürk prospekti, 37 ünvanının qarşısında Namiklə görüşüb, birlikdə onun yaşadığı Həsən Əliyev küçəsindəki evə gediblər. Qonaq otağında könüllü, qeyri-təbii yolla cinsi əlaqədə olublar. Sonra Rəsul şalvarının cibindən bıçağı çıxarıb Namikin boyun nahiyəsinə bir dəfə zərbə endirib. Nəticədə zərərçəkən ölüb. Ardınca masanın üzərində olan 120 manat dəyərində "Redmi Note 7" markalı mobil telefonu götürərək, hadisə yerindən uzaqlaşıb. Ayın 23-də həmin telefonu cinayətdən xəbərsiz olan tanışı Zülfüqar İsmayılova 60 manata sataraq, pulu şəxsi ehtiyaclarına sərf edib.
İş üzrə dindirilmiş Rəsul Ağazadə bilirib ki, Namik İsrafilovla tanışlığı musiqi fəaliyyəti ilə əlaqədar olub. Namik də müğənni kimi fəaliyyət göstərib, "Youtube" platformasında mahnıları olub:
"Tanışım səsyazma studiyasında işləyib-işləmədiyimi soruşdu, mənə əvvəlcədən məşq etməli olduğumuzu dedi. Namikin evində məşq etdik. Aramızda heç vaxt münaqişə olmayıb. Hadisə aprelin 22-i gecə saat 1-də qonaq otağında baş verib. Evdə bizdən başqa kənar şəxs və ya hadisəni bilavasitə görən yox idi".
İstintaq eksperimenti zamanı Rəsul Ağazadə cinayəti törədəndən sonra, mərhumun mobil telefonunu evin qarşısındakı zibil qutusuna, bıçağı və öz telefonunu Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 26-da istirahət parkında, üzərinə qan ləkələri sıçramış köynəyi Ağasadıq Gəraybəyli küçəsi, 31-də zibil qutusuna atdığını əyani olaraq göstərib.
Zərərçəkmiş şəxsin hüquqi varisi Nurlan İsrafilov ifadəsində göstərib ki, doğma qardaşı Namik Bakıda animator işləyib, müxtəlif restoranlarda, bağçalarda, fərdi evlərdə ad günü və sair tədbirlərdə uşaqların əylənməsi üçün şoular təşkil edib: